Fevralın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzerTAc-a verilən məlumata görə, cənub-qərb küləyi əsəcək, gündüz arabir 12-15 m/s-yə çatacaq. Havanın temperaturunun gecə 3-5° isti, gündüz 7-12° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Temperaturun gecə 1-6° şaxta, bəzi yerlərdə 3°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, arabir 18-23 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək, arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 5-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 5-9° isti olacağı gözlənilir.