Qadin.NET / Google İŞİD-ə qarşı müharibəyə başladı

Google İŞİD-ə qarşı müharibəyə başladı

 

Google şirkəti İŞİD terror qruplaşmasının təşviqat materiallarının tabeliyindəki saytlardan yayılmasına imkan verməyəcək.Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bundan sonra İŞİD-in qorxunc edam videoları "Youtube" videoservisində yer almayacaq.Bu məqsədlə şirkət ərəb dilini bilən yeni əməkdaşları da cəlb edib.
Qeyd edək ki, Youtube səlahiyyətliləri saytın istifadəçilərinin paylaşdıqları videoları daha əvvəl nəzarətdən keçirmirlər. Uyğun olmayan videolar isə saytın istifadəçiləri tərəfindən gələn şikayətlər əsasında araşdırılaraq aradan qaldırılır.

Mənbə: Milli.Az

 

5 fevral 2015
GO BACK