Qadin.NET / Bir əsrdən artıq yaşı olan Lüteran kilsəsi

Bir əsrdən artıq yaşı olan Lüteran kilsəsi

 

 

Bu kilsə 19-cu əsrdə Şəmkir şəhərində məskunlaşmış almanlar tərəfindən inşa edilib. TTV (Region TV) xəbər verir ki, Lüteran kilsəsi almanların vaxtında 32 il kilsə, daha sonra isə mədəniyyət və müəllimlər evi, eləcə də tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərib.Tarixçi Eldar Əliyev: “Bu, bir protestant kilsəsidir. Almanlar xristianlığın katolik kilsəsinin 16-cı əsrdə yaranmış bir bölməsi olan protestantlıq Almaniyada yaranmışdır və bunlar da protestant almanlar idi ki, burada alman kilsəsini 1909-cu ildə qurublar”.
Kilsənin əvvəlki quruluşu saxlanmaqla 40 ildən sonra restavrasiya olunub. Hər iki mərtəbədə əsaslı təmir işləri aparılıb. Sütunlar dəyişdirilib, dam örtüyü yenilənib. Bunun üçün qırmızı keramitdən istifadə olunub.
Eldar Əliyev: “Bu bina 1909-cu ildə salındığı qaydadadır. Əlavələr ola bilər, çünki 40 ildən sonra bura baxımsız vəziyyətdə oldu. 2-ci Dünya Müharibəsindən sonra əlavələr ola bilər, ancaq heç bir dəyişiklik olunmamışdır”. 
Burada Azərbaycanda çox nadir rast gəlinən musiqi aləti arqan da var. Almanların vaxtında bu alətdən dini mərasimlər keçirilən zaman istifadə olunub. Kilsənin ətrafında olan park da abidənin ümumi dizaynına uyğun olaraq salınıb. Lüteran alman kilsəsi Nazirlər Kabinetinin sərəncamı ilə qeydiyyata alınıb və bu tarixi bina dövlət tərəfindən qorunur.
Mənbə: Milli.Az
5 fevral 2015
GO BACK