İstixanalarda güllər ilin 12 ayı yetişdirilir. Hətta çöldə 20-25 dərəcə şaxta olsa belə. Çünki burada güllərin becərilməsi tam bir mexanizm şəkilində qurulub. Kompüterlə idarə olunan bu sistem içəridəki temperaturla yanaşı, güllərin ayrı-ayrılıqda sulanmasını, nəmliyini tənzimləyir. TTV (Region TV) xəbər verir ki, Torpaq mühiti olmadan bütün mineral maddələr suda həll olunaraq güllərin kökünə verilir. Buradakı sortların əksəriyyəti Hollandiyadan gətirilib. Təsərrüfatçılar deyir ki, orada yetişdirilən güllər bizim coğrafi şəraitə uyğundur. Həm də Hollandiya 200 ildən artıqdır ki, istixana şəraitində qızılgüllərin yetişdirilməsilə məşğuldur. Beləliklə, istixanadakı şərait imkan verir ki, buradan məhsul gündəlik olaraq satışa çıxarılsın.
Bir sözlə, burada gün ərzində 2 dəfə - səhər və axşam yığım həyata keçirlir. İstixana sahibləri, həmçinin deyir ki, qış aylarında satış daha çox olur. Daxili bazarla yanaşı, güllər Rusiya, Gürcüstana da göndərilir.
Mənbə: Milli.Az