Qadin.NET / Həkimlər xəbərdarlıq edir

Həkimlər xəbərdarlıq edir

 

Uşaqların kiçik yaşlarından təhlükəli xəstəliklərə yoluxma ehtimalı yüksək olur. Onları bu xəstəliklərdən qorumaq üçün peyvənd aparılmalıdır. Əks halda uşaq ciddi xəstəliklər qarşısında müdafiəsiz qalır. Regional TV (Region TV) xəbər verir ki, erkən aparılan peyvənd körpələri difteriya, iflic, tetanus kimi bir çox ciddi və ölümcül xəstəliklərdən qoruyur. Peyvənd olunduqdan sonra uşağı infeksiyalara yoluxmaqdan qorumalı, bir müddət digər uşaqlar və böyüklərlə ünsiyyətini məhdudlaşdırmaq, qida rasionundan allergiya verə biləcək maddələri çıxarmaq lazımdır. 
Həkim Rafiq Mirzəyev peyvəndlərin aşağı temperaturda qızdırma, infeksiya yerində qızartı və şişkinlik kimi təsirlər yarada biləcəyini deyir. Bəzən isə müvəqqəti baş ağrısı, başgicəllənmə, halsızlıq və iştahasızlıq ola bilər. Nadir hallarda rast gəlinən kənar təsirlər valideynlər arasında təlaşa səbəb olur. Peyvənd yalnız sağlam uşaqlar oluna bilər. Əgər azyaşlılarda hər hansı xəstəlik və ya onun göstəriciləri varsa, o, müalicə olunduqdan sonra peyvəndlənməlidir. Həkim pediatr valideynləri peyvəndləmədə fəal olmağa çağırır. Bu uşaqlarda xəstəliklərə qarşı immunitet yaradır.

Mənbə: Milli.Az

 

5 fevral 2015
GO BACK