Hündür daş hasarlar ucaltmaqla bir sıra ənənələrdən uzaq düşürük. Bu daş hasarlar, sanki, insanlar arasında münasibətləri soyudur, qonşuluları yadlaşdırır. Əvvəllər hər hansı bir küçə ilə getdiyimizdə gözəl mənzərələr seyr edərək yolumuza davam edərdik. İndi isə küçələrlə hərəkət etdiyimiz zaman sağımızda və solumuzda uzun-uzun hasarlardan başqa heç nə görə bilmirik. Regional TV (Region TV) xəbər verir ki, bu şəhərlə yanaşı kəndlərdə də müşahidə olunur. Amma Xaçmaz rayonunun bəzi kənd yerlərində hasarlar köhnə qaydada qalmaqdadır. Əvvəllər hasarların hündürlüyü maksimum bir metrə və ya bir metr 50 sm olurdu. Son illər bu rəqəm 3 metrə qədər yüksəlib. Əsasən də, yeni salınan məhəllələrdə tikilən evlərdə daş hasarlar hündür inşa olunur. Şəhər sakinləri hasarların hündürlüyünü özünəməxsus şəkildə izah edirlər.