Qadin.NET / Azərbaycanda bu məhsullar bahalaşdı

Azərbaycanda bu məhsullar bahalaşdı

 

Azərbaycanda yanvar ayında ərzaq məhsullarının qiymətləri 0,4 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən lent.az-a verilən məlumata görə, qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri dəyişməyib. Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,2 faiz bahalaşıb. Mal, qoyun və toyuq ətinin, yumurtanın, qarğıdalı yağının, balıq məhsullarının, limonun, portağalın, bananın, göyərtinin, çuğundurun, kökün qiymətləri ucuzlaşıb.Dövlət Komitəsi, həmçinin ay ərzində bahalaşan məhsulların da adını açıqlayıb. Belə ki, düyünün, buğda ununun, qarabaşaq yarmasının, kolbasa məmulatlarının, zeytun yağının, süfrə marqarininin, almanın, armudun, heyvanın, narın, xurmanın, üzümün, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, kartofun, soğanın, sarımsağın, çayın, şəkərin, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.

Mənbə: Milli.Az

 

5 fevral 2015
GO BACK