Qadin.NET / Erməni cəlladın acı etirafı

Erməni cəlladın acı etirafı

 

Erməni cəlladın acı etirafı

Qarabağda dinc azərbaycanlı əhaliyə divan tutmaqda ad çıxarmış “Arabo” quldur dəstəsinin komandiri Manvel Yeqizaryan erməni dövlətçiliyi ilə bağlı bütün ümidlərinin puç olduğunu bildirib. ANS PRESS-in məlumatına görə, Ermənistanın hakimiyyətdən kənar siyasi və ictimai qüvvələrinin konfransında çıxış edən Manvel Yeqizaryan bildirib ki, ölkədə yaranmış ağır duruma görə bütün ermənilər - həm hakimiyyət, həm müxalifət, həm də ziyalılar günahkardır. 
“Biz elə bir ölkə yaratmağı arzuldayırdıq ki, Ermənistan vətəndaşının pasportunu görəndə hamı həsəd aparsın. Bu gün nəyimiz var? Biz bütün sahələrdə batmışıq, çünki insanların hamısı qarnı ilə düşünməyə başlayıb”, - deyə quldurbaşı bildirib. 
Qeyd edək ki, Qarabağda dinc əhaliyə divan tutan Yeqizaryanın batalyonu Azərbaycan ordusu ilə açıq döyüşdə tar-mar olmuşdu. Demək olar ki, bütün əsgərlərini itirmiş komandir rüsvayçılıqla qaçaraq canını qurtarmışdı.

 

Mənbə: ANS PRESS

5 fevral 2015
GO BACK