Qadin.NET / Son 50 ildə görünməmiş həddə qar yağıb

Son 50 ildə görünməmiş həddə qar yağıb

 

Son 50 ildə görünməmiş həddə qar yağıb

İsveçin şimal-şərq hissəsində son 50 ildə görünməmiş həddə qar yağıb. Lupeo şəhərində qarın hündürlüyü 113 santimetrə çatıb. ANS PRESS-in məlumatına görə, yollarda yaranmış buzlanma ilə əlaqədar nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşüb. Pis hava şəraiti, eyni zamanda, aviareyslərin də təxirə salınmasına səbəb olub. Yolların donması qəzaları da qaçılmaz edib. Paytaxt Stokholmda 6 saat ərzində 40-dan çox avtomobil qəzası qeydə alınıb.İspaniyanın şimal-şərq hissəsində də qarlı və şaxtalı havalar müşahidə olunur. Artıq bir həftəyə yaxındır ki, region soyuq hava kütlələrinin təsiri altındadır. Əsasən, Xaka, Vitoriya və Bilbao şəhərlərində qarla əlaqədar məktəblərin və bir sıra ictimai obyektlərin fəaliyyəti dayandırılıb. Rəsmilər sutka ərzində 50-ə yaxın insanın donvurma diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini bildiriblər.Makedoniyanın cənub hissəsində isə, aramsız yağan yağışlar daşqınlara səbəb olub. Çayların öz məcrasından çıxması nəticəsində onlarla evi, təsərrüfat sahələrini su basıb. Daşqın suları bəzi bölgələri şəhər mərkəzindən təcrid edib. Rəsmilər suların əsarətində qalan insanların təxliyə olunması üçün fəaliyyətə başlayıblar.

 

Mənbə: ANS PRESS

5 fevral 2015
GO BACK