Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) Avropanın ərazisində qripin yoluxma fəallığının yüksək səviyyədə olması barədə xəbərdarlıq edir. Virusun əsas yarımtipi yaşlı adamlar üçün daha təhlükəlidir. Xroniki xəstəliklərdən əziyyət çəkənlər və 6 aylıq körpələrdən tutmuş 5 yaşadək uşaqlar da risk qrupuna daxildirlər.
Ekspertlər bildirirlər ki, bu il istifadə olunan vaksin ideal müdafiəni təmin etməsə də, infeksiyalardan qorunmağın ən yaxşı üsuludur.
DST qrip əlamətləri müşahidə olunan risk qrupuna daxil olan şəxslərə antivirus preparatları təyin etməyi məsləhət görür.
Mənbə: ANS PRESS