Qadin.NET / Ermənistan klubuna transfer olunan azərbaycanlı futbolçu danışdı

Ermənistan klubuna transfer olunan azərbaycanlı futbolçu danışdı

 

Ermənistan klubuna transfer olunan azərbaycanlı futbolçu danışdı

Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq futbolçusu Şamil Qurbanov Ermənistan klubuna transferi ilə bağlı danışıb. ANS PRESS-in azerisport-a istinadən verdiyi məulmata görə, futbolçu Azərbaycan-Ermənistan münaqişəsinin iştirakçısı olmadığını sadəcə futbol oynamaq istədiyini bildirib. 
"Mən hər iki xalqa hörmət edirəm. Siyasətçi deyiləm. Mən sadə bir Rusiya vətəndaşıyam", - deyə Şamil Qurbanov bildirib. 
Qeyd edək ki, bu gün əvvələr Azərbaycan yığmasının Ermənistanın "Uliss" klubuna transfer olunacağı ilə xəbərlər yayılmışdı. 
Belə ki, Antalyada hazırlıq keçən klub 2 azərbaycanlı futbolçunu sınayıb. Moldovanın “Milsami” klubu ilə qarşılaşan İrəvan təmsilçisi Şamil Quliyev və Ramazan İsayevin xidmətindən istifadə edib. Klub rəhbərliyi 21 yaşlılardan ibarət millimizin sabiq üzvünün oyununu bəyənərək müqavilə imzalayıb.

 

Mənbə: ANS PRESS

5 fevral 2015
GO BACK