Qadin.NET / Ermənistanın daha bir ölkəylə münasibəti pisləşir

Ermənistanın daha bir ölkəylə münasibəti pisləşir

 

Ermənistanın daha bir ölkəylə münasibəti pisləşir

Gürcüstan və Ermənistan arasında sərhəd xəttinin çəkilməməsi yerli sakinlər üçün problem yaradır.ANS TV-nin məlumatına görə, Marneuli rayonunun Ermənistanla sərhəddə yerləşən Xuldərə kəndinin ərazisində Ermənistan Sərhəd Qoşunlarının hərbi hissəsi kəndin yaşayış evlərindən cəmi bir neçə yüz metr məsafədə yerləşir. İki ölkə arasında bu günədək sərhəd xəttinin çəkilməməsi kənd sakinləri üçün bir çox problemlər yaradır. Bunlardan ən başlıcası isə Ermənistan tərəfinin getdikcə kənd torpaqlarını daha çox mənimsəmə cəhdidir.Oxşar problem təkcə Xuldərədə deyil. Marneulinin bir çox sərhəd kəndlərində eyni vəziyyət hökm sürür. Bu kəndin əsas məşğuliyyət növü heyvandarlıqdır. Yerli əhalinin dediklərinə inansaq dəfələrlə onlara aid iri və xırda buynuzlu mal-qara Ermənistanın təyin etdiyi sərhədi keçdiyinə görə erməni əsgərləri tərəfindən tutulub və geri qaytarılmayıb. Kənd sakini Cəmilə Naibova bu meşələrin hamısının Gürcüstana aid olduğunu deyir. Onun sözlərinə görə, bu gün o yola mal-qara çıxarmaq mümkün deyil, çünki o tərəfə keçən kimi ermənilər yiyələnirlər,
Digər kənd sakini Məcnun Kərimov heç sərhəddin əslində hardan başlayıb, harda bitdiyini belə bilmir.
Burma kəndinin sakinləri iddia edirlər ki, erməni hərbçiləri ilk dəfə hələ 1974-cü ildə dağın başında yerləşən sərhədi kəndə doğru endirərək yaşayış evlərinə qədər gətirib çıxarıblar. Kənd sakinlərinin sözlərinə görə, təxminən bir il öncə Ermənistan Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri bu əraziyə gələrək azərbaycanlıların yaşadığı üç evin əslində Ermənistan ərazisində olduğunu deyiblər və onlar artıq öz xəritələrində bu yeri Ermənistan torpaqları olaraq göstərdiklərini bildiriblər.
Marneuli rayon Bələdiyyəsinin sədri Nəbi Abdullayev əslində vəziyyətin deyildiyi qədər ağır olmadığını bildirdi. Ermənilərin kəndin ərazisini özünküləşdirmə cəhdlər ilə bağlı müsahibimiz bildirdi ki, bu kiçik məsələ deyil. Əgər həqiqətən belə bir hal varsa bu barədə Ermənistan tərəfindən rəsmi müraciət olunmalıdır ki, belə bir müraciət daxil olmayıb. Lakin bələdiyyə sədri erməni tərəfinin bu xəyalda ola biləcəyi fikrini də inkar etmədi. Sərhədlərin dəqiqliklə təyin olunmasının isə nə vaxt baş tutacağı hələ məlum deyil. 

 

Mənbə: ANS PRESS

5 fevral 2015
GO BACK