Efiyopiyadan qayıdan Zimbabvenin prezidenti qorxudub. ANS PRESS-in məlumatına görə, 90 yaşlı Robert Mugabe paytaxt Hararedəki çıxışından sora pilləkənlərdən düşərkən yıxılıb.
O, hava limanında zimbabvelilərə səslənib. Çıxışından sonra o maşına doğru gedib. Pillələkənlərdən düşəndən sonra yaşlı dövlət başçısı müvazinətini itirib və yerə yıxılıb.
Fevralın 21-də 91 yaşını qeyd etməyə hazırlaşan prezidentin köməyinə mühafizə xidməti və köməkçiləri gəliblər. Lakin diqqət çəkən məqam mühafizəçilərin ağır tərpənərək prezidentə köməkdə ləngiməsi olub.
Dəstəklə yerdən qalxan Mugabe limuzininə mindirilərək aparılıb.
Qeyd edək ki, bənzər hadisə 1994-cü ildə Türkiyə prezidenti olan Süleyman Dəmirəlində başına gəlib. O, kürsüdən enərkən müvazinətini itirərək səndələmişdi Bu zaman mühafizə xidmətinin rəisi Şükrü Çuxurlu özünü qabağa ataraq onun köməyinə yetişmişdi.
Mənbə: Milli.Az