Qadin.NET / Qorxunc proqnoz: Hər iki adamdan biri xərçəng olacaq...

Qorxunc proqnoz: Hər iki adamdan biri xərçəng olacaq...

 

İngiltərədə aparılan bir araşdırma ölkədəki hər iki nəfərdən birinin xərçəng xəstəliyinə tutulma ehtimalının olduğunu ortaya çıxarıb. Musavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, araşdırma ölkənin səhiyyə rəsmilərində ciddi narahatlıq yaradıb. 
“Cancer Research UK” dərnəyinin araşdırması nəticəsində çıxarılan nəticələr qorxuludur. Əvvəlki araşdırma nəticəsində bu rəqəm üçün birə nisbətində idi. Məlumatlara görə, İngiltərədə qadınların təxminən 48 faizi, kişilərin isə 54 faizi xərçəng riski daşıyır. Xərçəng riskini artıran faktorlar arasında isə köklük, yəni artıq çəki, çox ət yemək və siqaret istifadəsi ilk yerləri tutur.
Həmçinin bildirilir ki, qadınlar arasında ağciyər və süd vəzisi xərçəngi daha çox yayılıb. Kişilərin isə daha çox prostat xərçənginə tutulduğu vurğulanır. 

Mənbə: Milli.Az

 

5 fevral 2015
GO BACK