Qadin.NET / İrəvanda böyük partlayış olacaq

İrəvanda böyük partlayış olacaq

 

Yaxın günlərdə İrəvanda böyük mitinq təşkil olunacaq. ANS PRESS-in məlumatına görə, bunu "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyan bildirib. "Ermənistanda siyasi monopoliyaya son qoyulmalıdır. İndi top hakimiyyətdədir. Lakin bu əbədi deyil. Onlar yekun qərar verməlidirlər. Biz Ermənistanda və ondan kənarda yaşayan layiqli ermənilərin namizədliklərini dəstəkləyəcəyimizi bəyan edirik", - deyə Qaqik Sarukyan bildirib. 
Qeyd edək ki, Ermənistanın İrəvan və ikinci ən böyük Gümrü şəhərində, demək olar, hər gün aksiyalar keçirilir. Aksiyalar həm 7 nəfərlik erməni ailəsini qətlə yetirən rus hərbçi Valeri Permyakov, həm də Rusiyanı dəstəkləyən hakimiyyətə qarşı təşkil olunurdu. Aksiyalar Rusiyanın Gümrüdəki konsulluğunun binası qarşısında, eləcə də İrəvandakı Rusiya səfirliyi binası və Sarkisyanın iqamətgahı qarşısında təşkil edilirdi. 

Mənbə: Milli.Az

 

5 fevral 2015
GO BACK