Əlibəyli kəndi intensiv atəşə tutuldu TTV (Region TV) xəbər verir ki, iriçaplı silahlardan atılan mərmilər düşmən postlarından görünən evlərin damına, hasarlarına, pəncərələrinə ziyan vurub. Atılan mərmilərdən biri isə evin damından tavanı deşərək içəridə yatan körpədən az məsafədə yan ötüb. Düşmənin budəfəki təxribatı zamanı kəndə dəyən ziyan bununla bitmir. Kənd sakini Mayıl Bayramovun şəxsi təsərrüfatında olan xırdabuynuzlu heyvanlara da güllə dəyib. Kənd sakinləri deyirlər ki, bu dəfə də ordumuz düşmənin layiqli cavabını verərək, susdurub. Kənd sakinləri onu da bildirdilər ki, Ermənistan ordusu ilk dəfədir ki, kəndi günorta saatlarında atəşə tutur. Onlar deyirlər ki, düşmən adətən gecə saatlarında işıq gələn yerlərə atəş açır.
Mənbə: Milli.Az