Qadin.NET / Avropadakı bu kənddə İŞİD bayraqları qalxdı

Avropadakı bu kənddə İŞİD bayraqları qalxdı

 

Bosniya-Hersoqovina polisi və təhlükəsizlik qurumları irimiqyaslı əməliyyata başlayıblar. Onlar ucqar dağ kəndi olan Qornya Maosada axtarışlar aparırlar, habelə qonşu kəndlərdə də operativ-əməliyyat tədbirləri keçirirlər. 
Səbəb isə Qornya Maosadakı onlarla evin üzərində "İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının bayraqlarının olmasıdır.

Milli.Az European-a istinadən bildirir ki, Qornya Maosa kəndi Bosniya-Hersoqovinada vəhhabilərin dayaq məkanlarından biri sayılır.
Ölkə DİN-dən verilən məlumata görə, Bosniya-Hersoqovinanın 150 vətəndaşı Suriya və İraqa yollanaraq İŞİD sıralarında döyüşür.
Ötən ilin aprelində ölkə parlamentinin qəbul etdiyi qanuna görə, xarici ölkələrdə hərbi əməliyyatlara yollanan və döyüşən vətəndaşları 10 ilədək həbs gözləyir.
Mənbə: Milli.Az
5 fevral 2015
GO BACK