Qadin.NET / Məşhur almaniyalı məşqçi öldü

Məşhur almaniyalı məşqçi öldü

 

 

Məşhur almaniyalı məşqçi Udo Lattek dünyasını dəyişib.Milli.Az Qol.Az-a istinadən xəbər verir ki, son zamanlar Parkinson xəstəliyindən əziyyət çəkən U.Lottek 80 yaşında vəfat edib.Qeyd edək ki, U.Lottek məşqçi karyerası ərzində "Bavariya" (1970-1975, 1983-1987), Münhenqladbax "Borussiya"sı (1975-1979), "Barselona" (1981-1983), "Köln" (1987-1991), "Şalke" (1992-1993), Dortmund "Borussiya"sında (2000) işləyib. Səkkiz bundesliqa, üç Almaniya kuboku, bir dəfə isə Çempionlar Liqası və UEFA kubokunu qazanan U.Lottek Almaniyanın ən yaxşı məşqçilərindən hesab olunurdu.
Mənbə: Milli.Az
5 fevral 2015
GO BACK