Yer kürəsinin ən yaşlı sakini, yapon Sakari Momoi bu gün özünün 112-ci ad gününü qeyd edir. Trend xəbər verir ki, bu barədə RİA Novosti DPA agentliyinə istinadən məlumat yayıb.
Ginnesin Rekordlar Kitabının versiyasına görə, dünyadan ən yaşlı kişi titulu Momoiyə 111 yaşlı Nyu-York sakini
Aleksander İmiçin 2014-cü ilin iyununda vəfatından sonra keçib. O, Momoidən bir gün tez doğulmuşdu.
DPA agentliyinin məlumatına görə, Momoi ad gününü ailə üzvlərinin əhatəsində keçirir. Doğmalarının sözlərinə görə, səbəbkar bu qədər yaşlı olmasına baxmayaraq, yaxşı yeyir, əvvəlki kimi fəaldır və hətta hüsnxətlə də məşğul olur.
Sakari Momoi bütün həyatı boyu Fukusima və Saytama prefekturalarında kimya müəllimi və məktəb direktoru olub.
Agentlik xəbər verir ki, dünyanın ən yaşlı qadını tituluna da Yaponiya vətəndaşı sahibdir. Osaki prefekturasından olan Misao Okavonun 116 yaşı var.
Mənbə: Milli.Az