"Real Madrid"ə pis xəbər. Komandanın ulduz oyunçularından biri zədələnib. ANS PRESS-in məlumatına görə, Xames Rodriqez "Sevilla" ilə qarşılaşmada ayağını sındırıb. Komandasını 1-0 hesabı ilə önə çıxaran kolumbiyalı oyunçu 2 ay stadiondan uzaq qalacaq.
İspaniyanın nəhəng klublarından biri olan "Real Madrid" rəhbərliyi oyunçunun müalicəsinə başladıqlarını deyib. Rodriqez yaxın günlərdə əməliyyat olacaq.
Qeyd edək ki, oyunçu matçın 27-ci dəqiqəsidə zədələnib. Onu gənc oyunçulardan biri əvəz edib.
Eyni matçın 9-cu dəqiqəsində isə Ramos xəsarət alaraq oyundan çıxmalı olub. Daha doğrusu onun əvəlki zədəsində yenidən ağrılar başlayıb.
Mənbə: ANS PRESS