Qadin.NET / İrəvanın son ümidi ölür

İrəvanın son ümidi ölür

 

İrəvanın son ümidi ölür

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) birinci katibi Nikolay Bordyuja İrəvana səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirə aparıb.ANS PRESS-in məlumatına görə, o, xarici işlər naziri Edvard Nalbandyan ilə görüşüb, əməkdaşlıq məsələlərini müzakirə edib. 
N.Bordyuja Ermənistan-Azərbaycan sərhədində, qoşunların təmas xəttində vəziyyətin gərginləşməsindən narahatlığını deyib, KTMT-nin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dəstək verəcəyini söyləyib.
E.Nalbandyan Ermənistanın KTMT-yə təhlükəsizliyinin təminatı kimi baxdığını deyib: "Bu, bizim üçün əhəmiyyətli komponentdir və ümid yeridir. Biz təşkilat çərçivəsində qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi üzrə ardıcıl səylərimizi davam etdirəcəyik." KTMT rəhbəri Nikolay Bardyuja isə qurumun Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliyə qarışmayacağını deimşdi. O, bunun KTMT nizamnaməsinə zidd olduğunu bildirmişdi. 
Bildirilib ki, KTMT-yə üzv ölkələrin nümayəndələrinin bu ilin yazında görüşü keçiriləcək.

 

Mənbə: ANS PRESS

5 fevral 2015
GO BACK