Bu gün “Qarabağ”ın məhkəməsi başlayır.ANS PRESS-in məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin "İnter"ə (Milan) qarşı oyununda qələbə topunu saymayan çex hakimin işinə baxılacaq. UEFA Ağdam klubunun şikayətiylə bağlı qərarı məhz bu gün verəcək.
Böyük ehtimalla, "İnter"lə oyunun nəticəsi olduğu kimi saxlanacaq. Bu isə Avropa Liqasında yoluna davam etmək istəyən"Qarabağ"ın ümidlərinin doğrulmaması deməkdi.
Azərbaycan çempionu üçün yeganə təsəlli o ola bilər ki, UEFA "İnter"lə görüşdə kobud səhvə yol verən hakimlər briqadasını cəzalandırsın.
Qeyd edək ki, "Qarabağ" tərəfindən Türkiyədən tutulmuş hüquqşünas Qurur Qayə Günal bu gün İsveçrənin Nyon şəhərinə yollanıb.
Mənbə: ANS PRESS