Qadin.NET / 11 sentyabr”da kral izi

11 sentyabr”da kral izi

 

11 sentyabr”da kral izi

Amerika Birləşmiş Ştatları (ABŞ) tarixində ən böyük terror hadisəsi kimi xatırlanan “11 sentyabr faciəsi” ilə bağlı yeni bir iddia irəli sürülüb.ANS PRESS-in məlumatına görə, 2001-ci il sentyabrın 11-də Nyu-York və Vaşinqtonda törədilən terror aktlarını Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi iddia edilir. Həmin hücumları planlaşdırmaqda günahlandırılan keçmiş Əl-Qaidə üzvü Zəkəriya Musavi bu iddia ilə çıxış edib.
Hazırda ABŞ həbsxanasında saxlanılan Musavi Səudiyyə kraliyyət ailəsinin 11 sentyabr hücumuna maddi dəstək verdiyini açıqlayıb. 
Onun sözlərinə görə, 1990-cı ildən bəri Əl-Qaidəyə dəstək verənlər arasında kraliyyət ailəsinin nüfuzlu şəxsləri mövcuddur. Səudiyyə tərəfi isə səsləndirilən bu iddianı təkzib edib. 
Xatırladaq ki, 2001-ci il 11 sentyabr tarixində “Əl-Qaidə” terror təşkilatının üzvü olan 19 terrorçu müxtəlif istiqamətlərdə hərəkət edən 4 sərnişin təyyarəsini ələ keçirərək müxtəlif obyektlərə doğru yönəldiblər. Təyyarələrdən ikisi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin göydələnlərinə çırpılıb. Terrorçular daha bir təyyarəni Pentaqonun əsas binasına yönəldiblər. Dördüncü təyyarə isə Pensilvaniya ştatı ərazisində yerə düşüb. Ümumilikdə terror aktları nəticəsində 3 mindən çox adam ölüb.

 

Mənbə: ANS PRESS

5 fevral 2015
GO BACK