Qadin.NET / ABŞ Serjdən girovları istəyir

ABŞ Serjdən girovları istəyir

 

ABŞ Serjdən girovları istəyir

"Biz aidiyyəti dövlət rəsmilərini iki nəfər məhbusun Azərbaycan hökumətinə qaytarılmasına çağırırıq". 
ANS PRESS-in məlumatına görə, bunu Trend-ə açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Kəlbəcərdə girov götürülmüş azərbaycanlılara qarşı təşkil olunmuş "məhkəmə" ilə bağlı ABŞ-ın mövqeyini şərh edərkən bildirib.
Diplomat deyib ki, bu kimi humanist addım tərəflər arasında etimadın yaradılmasına və gərginliyin azaldılmasına yardım edə bilər: "Həm keçmiş təcrübədə olduğu kimi, həm də Həştərxan bəyannaməsinə uyğun olaraq tərəflər girovların qaytarılması istiqamətində razılığa gəliblər və biz ümid edirik ki, vəziyyətdən çıxış üçün eyni addımlar bu dəfə də atıla bilər".

 

Mənbə: ANS PRESS
4 fevral 2015
GO BACK