Qadin.NET / Ermənilər niyə qaçır?

Ermənilər niyə qaçır?

 

Ermənilər niyə qaçır?

Keçən ilin ikinci yarısında Rusiyada əksər MDB respulikalarının vətəndaşlarının sayı azalsa da, ermənilərin sayı artıb. 
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın RBK informasiya agentliyinin sifarişi ilə Rusiya Federal Miqrasiya Xidməti tərəfindən hazırlanmış analitik icmalda bildirilir. 
Xidmətin məlumatına görə, altı ay ərzində erməni miqrantların sayı Rusiyada 44 min artıb, digər MDB miqrantlarının sayı isə azalıb. Altı ay ərzində Rusiyada özbək miqrantların sayı 364 min, taciklərin sayı 178 min və azərbaycanlıların sayı isə 28 min azalıb. 
Rusiya əmək miqrantları həmkarlar təşkilatının rəhbəri Renat Kərimovun verdiyi məlumata görə, miqrantlar əsasən əmək patentlərinin bahalaşmasına və iqtisadi qeyri-sabitliyə görə ölkəni tərk edirlər. Məsələ bundadır ki, yanvarın 1-dən Rusiyada əmək miqrantları üçün kvota sistemi patent sistemi ilə əvəzlənib. Rusiya işləmək istəyən miqrant aydı 1200 rubl, Moskvada işləmək isə 4000 rubl patent verməlidir. Əvvəllər isə bu, 600 rubla başa gəlirdi. 
Bu, xeyli miqrantın xoşuna gəlməyib və onlar evlərinə qayıdıblar. Amma ermənilər istisnadır. Çünki ermənilərin gedəcəyi yer yoxdur. Vətənlərində vəziyyət həddindən pisdir və bir çoxlarının boşalmış kəndlərdə qalmış evləri uçub-dağılıb. 

 

Mənbə: ANS PRESS

4 fevral 2015
GO BACK