Qadin.NET / Tovuzun 121 yaşlı nənəsi

Tovuzun 121 yaşlı nənəsi

 

TTV (Region TV) xəbər verir ki, Məryəm Mehdiyevanın 121 yaşı var. Boş vaxtlarında mahnı zümzümə edir, bir əsr bundan qabaq oxuduğu kitablardan şeirlər söyləyir.Məryəm nənənin babaları da uzunömürlü olublar. Amma hələ onun qədər yaşayanı olmayıb. Nənə sağlam qalmağının sirrini qidalanmada görür. Gözünün qabağında bişməyən yeməyi yemir. Özünü gümrah hiss edən ağbirçək nənə indiyə qədər dərmandan istifadə etməyib. Bəzən gəlinlərinin də köməyinə çatan Tovuzun ən uzun ömürlüsü təmizliyinə ciddi fikir verir. Nənənin gündəlik istifadə etdiyi ətirlər də var. 5 övladı 70-ə yaxın nəvəsi, 30-dan çox nəticəsi, 20 kötücəsi olan qəhrəmanımın yaxın zamanda yadıcası da olacaq. Hamının sevimlisinə çevrilən Məryəm nənə kəndin xeyir-şər mərasimlərindən də qalmır. Kənd sakinləri daima onunla məsləhətləşir və xeyir-dua alırlar.

Mənbə: Milli.Az

 

4 fevral 2015
GO BACK