Qadin.NET / Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində xəttə ilk qatar buraxıldı

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində xəttə ilk qatar buraxıldı

 

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Gürcüstan ərazisində inşa olunmuş Axalkalaki-Kartsaxi-Türkiyə sərhədi sahəsində Kartsaxi stansiyasından sınaq qatarı xəttə buraxılıb.
"Azəryolservis" ASC-dən APA-ya verilən məlumata görə, mərasim Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, "Azəryolservis" ASC-in sədri Cavid Qurbanov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov və Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvilinin iştirakı ilə keçirilib.Z. Məmmədov Türkiyə ilə sərhəddə qatarın sınağını həyata keçirdiklərindən məmnun olduğunu bildirib.O deyib ki, artıq bu sahədə yol istismara hazır vəziyyətdədir.
Layihənin 2015-ci ildə tam başa çatdırılması nəzərdə tutulub.

Mənbə: Milli.Az

 

4 fevral 2015
GO BACK