Yunanıstanın öz seçicilərinə “qızıl dağlar” vəd edən yeni hökuməti öz öhdəliklərini yerinə yetirmək üçün pul axtarışına başlayıb və bununla əlaqədar gözlərini Azərbaycana dikib. Yunanıstan hökumətinin bu hərəkətlərini şantajdan başqa bir şey adlandırmaq mümkün deyil.Ölkənin istehsalat islahatları, ətraf mühitin mühafizəsi və energetika naziriPanayotis Lafazanis jurnalistlərə bildirib ki, hökumət Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisini dəstəkləyir, lakin Yunanıstanın həmin kəmərlə ölkə ərazisindən təbii qazın tranzitindən kifayət qədər gəlir əldə edə bilməyəcəyini hesab edir. Onun sözlərinə görə, bu məsələnin yenidən müzakirəyə ehtiyacı var.Yunanıstan hökuməti bu gün faktiki olaraq qazın tədarükçülərindən daha çox onun istehlakçılarını, yəni Aİ ölkələrini şantaj edir. Afina Rusiya və Qərb ölkələri arasındakı ziddiyyətlərlə oynayır, bu halda o, birinciyə yaltaqlanır, ikincilərə isə şərtlər qoyur. Bu oyunun Yunanıstan hökumətini nə qədər uzağa aparacağını zaman göstərəcək. Amma birmənalı olaraq bu, yaxşı heç nəyə gətirib çıxarmayacaq.İstənilən beynəlxalq müqaviləyə yenidən baxılması yeni hökumətin bacarıqsızlığı və şübhəli yolla pul qazanmaq cəhdindən başqa bir şey deyil.Unutmaq lazım deyil ki, enerji təhlükəsizliyi özünün enerji daşıyıcıları ilə tam təchiz edən Azərbaycanın deyil, Avropanın hədəfidir. Azərbaycanın və onun tərəfdaşlarının seçimi var idi. Dörd marşrutdan biri – Türkiyə və Yunanıstan sərhədindən başlayan seçildi və sonuncu üzərinə yerinə yetirməli olduğu öhdəlik götürdü.
Lakin baş verən hadisələrdə bir fakta diqqət yetirməmək olmaz. Bu gün “Cənub axını” (onun dəyişdirilmiş marşrutu “Türk axını” adlanır) ilə Azərbaycan qazını Avropaya çatdırmalı olan Cənub Qaz Dəhlizi arasında birbaşa qarşıdurmalar başlayır. Və Yunanıstan faktiki olaraq bu qarşıdurmada oynayır. Məqsəd Rusiyanın xeyrinə Azərbaycanın layihəsinin reallaşdırılması prosesini ləngitməkdir.
Bütün bunların kimin sədəqəsi ilə hazırlandığı tamamilə aydındır...
Demək olar ki, eynilə bu cür vəziyyət Gürcüstanda hökumət dəyişəndə də baş vermişdi. Və onda Azərbaycana enerji və nəqliyyat (eləcə də Bakı-Tbilisi-Qars layihəsi üzrə) müqavilələrə yenidən baxılmasının mümkünlüyünü işarə etmişdilər. Amma bir daha xatırlatmağa dəyər ki, enerjidaşıyıcıların tədarükündə təkcə tədarükçülər deyil, istehlakçılar da maraqlıdırlar. Vahid nəqliyyat əlaqəsində olduğu kimi. Xoşbəxtlikdən, Tbilisidə bunu anladılar.
Yunanıstan hələ Avropa İttifaqının bir hissəsidir. Və Azərbaycan qazının ixracında maraqlı olan da ilk növbədə Avropa İttifaqıdır. Odur ki, Afina ilə məsələni həll etmək məhz Brüsselin qarşısında durur.
Son zamanlar Qərb Azərbaycanı bir çox şeydə günahlandırır. Lakin hər şeyə rəğmən, Bakı heç vaxt öz düzgünlüyünə şübhə yaranmasına heç bir əsas verməyib, xüsusilə də söhbətin beynəlxalq müqavilələrdən getdiyi zaman öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Görünür, Qərbin Azərbaycanı günahlandırmaq əvəzinə ondan nümunə götürməsinin vaxtı çatıb.
Mənbə: Trend.Az