Qadin.NET / Polad Bülbüloğlunun ad günüdür

Polad Bülbüloğlunun ad günüdür

 

Polad Bülbüloğlunun ad günüdür

Bu gün Xalq artisti Polad Bülbüloğlunun 70 yaşı tamam olur. Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda anadan olub. Özünə soyad kimi atasının ləqəbini - Bülbül götürüb.Azərbaycanlı bəstəkar. Uzun müddət Azərbaycan Respublikasının Mədəniyyət naziri kimi fəaliyyət göstərib. Hazırda Rusiya Federasiyasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiridir.1973-cü ildən Əməkdar İncəsənət xadimidir. 1982-ci ildə AzУ™rbaycan SSR xalq artisti adına layiq görülüb.1989-cu ildУ™n Azərbaycan Respublikasının Mədəniyyət naziri, 1994-cü ildУ™n Türksoyun sУ™dri. 2006-cı ildən etibarən Mədəniyyət Naziri kimi fəaliyyətini dayandırıb və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri kimi fəaliyyət göstərir.Bülbülün oğludur. ADK-nı bitirib (1968, Q. Qarayevin sinfini). Polad geniş yayılmış bir sıra mahnıların müУ™llifi vУ™ onların ifaçısı kimi tanınıb. Kino-filmlУ™rУ™, dram tamaşalarına musiqinin, simfoniya, simfonik poema vУ™ s. У™sУ™rlУ™rin müУ™llifidir.Azərbaycanın Rusiyadıkı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb. Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb.
Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki ximətlərinə görə təltif edilib.
O, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, ictimai düşüncədə mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə, cəmiyyətin hələ hər hansı riskli addıma hazır olmamasına baxmayaraq Dağlıq Qarabağa etdiyi səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin – ermənilərin düz içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı "Məhəbbət və ölüm" baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda "2009-cu İlin Adamı" elan edilib.
Polad Bülbüloğlu yeganə azərbaycanlıdır ki, keçmiş Sovet İttifaqının mərkəzində adını daşıyan ulduz var. 
Ötən gün isə Azərbaycan prezidenti İlham Əliyev Polad Bülbüloğlunu "Şərəf" ordeni ilə təltif edib.

 

Mənbə: ANS PRESS

4 fevral 2015
GO BACK