Qadin.NET / Neftin qiyməti bahalaşdı

Neftin qiyməti bahalaşdı

 

Neftin qiyməti bahalaşdı

Dünyada neftin qiymətinin azalması ABŞ-ın neft sektoruna da təsirsiz ötüşmür.ANS PRESS-in məlumatına görə, son beş ildə ABŞ-da neft buruqlarının sayı ən minimum həddinə çatıb.Bundan başqa, bu ölkədə neft emalı fəhlələrinin tətili də neftin qiymətinə təsirsiz ötüşmür.Fevralın 3-də London birjasında "Brent" markalı neftin 1 barrelinin qiyməti 4,25 dollar bahalaşaraq 59 dollara çatıb.Nyu-York birjasında isə WTI markalı neftin bir barrelinin qiyməti 4,67 dollar qalxaraq 54,24 dollar olub.Son aylar ərzində dünya bazarlarında neftin qiyməti 2 dəfə ucuzlaşıb.

 

Mənbə: ANS PRESS

4 fevral 2015
GO BACK