Qadin.NET / Facebook qənaətə keçdi

Facebook qənaətə keçdi

 

Facebook sosial şəbəkəsi brendsiz istehsalçılara üstünlük verərək şəbəkə avadanlığı tədarükçüləri arasında tərəfdaşlarını əvəz etmək niyyətindədir.

 

2015-ci ildə Quanta Computer və Wiwynn daxil olmaqla Tayvan istehsalçıları kommutatorların Facebook şirkətinin tədarükünə başlaya bilərlər. Bu əməkdaşlıq bazardakı vəziyyəti nəzərəçarpacaq dərəcədə dəyişdirəcək. İndi şəbəkə avadanlığı bazarında Cisco şirkəti liderlik edir.
Milli.Az İCT nevs-a istinadən bildirir ki, hazırda Facebook şirkəti Quantadan server, Wiwynndən isə məlumatların saxlanılması sistemlərini satın alır. Dünyanın ən böyük sosial şəbəkəsinin yeni sifarişləri üçün bu Tayvan şirkətlərindən aktiv mübarizə gözlənilir.
Quanta şirkətinin istehsal etdiyi brendsiz server və şəbəkə avadanlığı böyük R&D investisiyaları və lisenziya ödənişi tələb etmir, buna görə bir qayda olaraq, böyük brendlərin sistemləri ilə müqayisədə 3 dəfə ucuz başa gəlir.
Mənbə: Milli.Az
4 fevral 2015
GO BACK