Ukraynanın şərqində son 24 saat ərzində 16 mülki vətəndaş həlak olub, onlarla adam yaralanarkən, BMT zorakılığın yenidən başlamasını "fəlakət" adlandırıb.
Milli.Az BBC-yə istinadən bildirir ki, rəsmi Kiyev və separatçılar son insan itkilərinin Donetsk və Luhansk ətrafında baş verdiyini xəbər veriblər.
Ukrayna ordusu Debaltsevo məntəqəsi yaxınlığında 5 əsgərini itirdiyini bildirib.
Son həftələr ərzində mülki əhali arasında itkilərin sayı kəskin sürətdə artıb.
Son həftələr ərzində mülki əhali arasında itkilərin sayı kəskin sürətdə artıb.
BMT-nin insan haqları üzrə rəsmisi Zeid Ra'ad Al Hussein Ukraynanın şərqində davam edən silahlı münaqişənin gedişində "beynəlxalq humanitar qanunvericiliyin açıq-aşkar pozulmasının" baş verdiyini vurğulayıb.
"Donetsk və Luhanskda avtobus dayanacaqları, ictimai nəqliyyat, məktəb və bağçalar, xəstəxana və yaşayış sahələri döyüş meydanına çevrilir", BMT rəsmisi bəyanatında qeyd edib.
"Donetsk və Luhanskda avtobus dayanacaqları, ictimai nəqliyyat, məktəb və bağçalar, xəstəxana və yaşayış sahələri döyüş meydanına çevrilir", BMT rəsmisi bəyanatında qeyd edib.
"Ukraynanın şərqində yaşayan 5.5 milyon insan üçün münaqişənin yeni eskalasiyası fəlakətli olacaq", Zeid Ra'ad Al Hussein davam edib.
BMT Ukraynanın şərqində davam edən münaqişə nəticəsində bugünə kimi 5,350 insanın həlak olduğunu, 12,000 nəfərin yaralandığını bildirib.
Mənbə: Milli.Az