Yunanıstanın yeni hökümətinin tərkibində qadınların nisbətən az sayda olması Avropanın İspaniyaya aid olan tayında diqqətdən yayınmayıb.
"Siyasətdə bərabər təmsilçilik İspaniya üçün həssas məsələ sayılır", ispaniyalı qadın hüquqları fəalı və bloqeri Amparo Rubiales Huffinqton Post qəzetinin ispan redaksiyasına bildirib.
“Hazırda siyasi səbəblərdən hamının nəzəri Yunanıstandadır", o əlavə edib.
“Hazırda siyasi səbəblərdən hamının nəzəri Yunanıstandadır", o əlavə edib.
Milli.Az BBC-yə istinadən bildirir ki, solçu Syriza partiyasının formalaşdırdığı 40 nəfərlik Nazirlər Kabinetinin tərkibində cəmi 6 qadın hökümət üzvü var, ən mühüm nazirliklərə də kişilər rəhbərlik edir.
Rubiales-in məqaləsi "Qadınlarsız hökümət" adı altında qəzetdə işıq üçü gördükdən sonra #SinMujeresnohayDemocracia (Qadınlarsız Nə Demokratiya) həştəqi İspaniyada trendə çevrilib.
İspaniyanın siyasi gerçəkliyi müəyyən mənada Yunanıstan siyasətini xatırladır.
İspaniyanın siyasi gerçəkliyi müəyyən mənada Yunanıstan siyasətini xatırladır.
Ötən il İspaniyanın beynəlxalq maliyyə yardımı proqramından çıxmasına baxmayaraq, ölkə iqtisadiyyatı çətin vəziyyətdə qalmaqdadır.
Bu il İspaniyada parlament seçkiləri keçiriləcək, hazırda solçu Podemos partiyası ölkədə ikinci reytinqə malikdir.
Syriza kimi Podemos partiyasında da gender balansı təmin olunmayıb, partiyanın yüksək rütbəli rəhbər heyətinin tərkibində qadınlar yoxdur.
Syriza kimi Podemos partiyasında da gender balansı təmin olunmayıb, partiyanın yüksək rütbəli rəhbər heyətinin tərkibində qadınlar yoxdur.
"Biz İspaniyada solçulara belə vəziyyətin təkrar olunmasını istəmədiyimizi anlatmağa çalışırıq", Pikara feminist dərgisinin redaktoru June Fernández deyib.
Onun təbirincə, İspaniyada cəmiyyət Yunanıstanda baş verənləri diqqətlə izləyir.
PSOE İspaniya müxalifəti partiyasının üzvü Carme Chacon tvitində yazıb: "Konfusiyə görə cənnət yarıyadək qadınlara görə cənnət sayılır. Tsipras üçün isə qadınlar heç 1 faiz də təşkil etmir".
PSOE İspaniya müxalifəti partiyasının üzvü Carme Chacon tvitində yazıb: "Konfusiyə görə cənnət yarıyadək qadınlara görə cənnət sayılır. Tsipras üçün isə qadınlar heç 1 faiz də təşkil etmir".
Mənbə: Milli.Az