Qadin.NET / Windows 8.1 populyarlaşır

Windows 8.1 populyarlaşır

 

İnternet trafikini təhlil edən NetMarketShare servisi əməliyyat sistemlərinin populyarlığını əks etdirən statistikanı dərc edib. Sistemlər arasında birinci yeri hələ də Windows 7 əməliyyat sistemi tutur.

 

Milli.Az İCT nevs-a istinadən bildirir ki, 2015-ci ilin yanvarına olan vəziyyətə görə, platforma dünyada fərdi kompüterlərin yarısından çoxunda (55,92 faiz) quraşdırılıb. Microsoft korporasiyasının Windows XP sisteminin dəstəklənməsini dayandırmasına baxmayaraq əməliyyat sistemi dünyada noutbukların və fərdi kompüterlərin 18,93 faizində istifadə olunur.
Yayılmasına görə üçüncü yerdə 10 faizlik bazar payı ilə Windows 8.1 əməliyyat sistemi qərarlaşıb. Windows 8 ilə birlikdə bu sistem fərdi kompüterlərin generasiya etdiyi internet trafikinin 13,83 faizinə nəzarət edir.
Cari ilin yanvarında Windows sisteminin bütün versiyalarının ümumi payı 91,56 faizədək yüksəlib. Mac OS X kimi rəqabət aparan əməliyyat sistemlərinin payı isə 0,1 faiz bənd azalaraq 7,11 faiz təşkil edib, Linux sisteminin 1,34 faizlik göstəricisi son ayda dəyişməz qalıb.
Bununla yanaşı, StatCounter analitik şirkəti bir qədər fərqli rəqəmlər təqdim edib. Şirkətin qiymətləndirməsinə görə, Windows 8 və Windows 8.1 sistemlərinin 2015-ci ilin yanvarında payı 16,79, Windows 7-nin - 49,39, Windows XP-nin - 10,83 faizə bərabər olub. StatCounter ekspertləri Mac OS X-in stolüstü əməliyyat sistemləri bazarında payını 8,22 faiz qiymətləndirib.
NetMarketShare və StatCounter göstəricilərində fərq onunla əlaqədardır ki, birinci servisin statistikası 40 mindən çox sayta baxan 160 milyondan çox istifadəçinin aktivliyinə əsaslandığı halda StatCounter unikal istifadəçiləri deyil, səhifələrin baxış sayını nəzərə alır.
Mənbə: ANS PRESS
4 fevral 2015
GO BACK