Qadin.NET / Londondan Serjə Qarabağ şilləsi

Londondan Serjə Qarabağ şilləsi

Londondan Serjə Qarabağ şilləsi
“Şotlandiya Böyük Britaniyadan ayrıldıqdan sonra Qarabağ üçün heç nə dəyişməyəcək”. ANS PRESS-in məlumatına görə, bunu erməni politoloq Aleksandr İskandaryan bu gün keçirdiyi mətbuat konfransında bildirib.Onun sözlərinə görə, əgər Şotlandiya referendiumda müstəqilliyə səs verərsə, London Edinburqun müstəqilliyini tanıyarsa belə, Qarabağın müstəqilliyini tanımayacaq. Bununla da politoloq Ermənistanda Şotlandiyanın Britaniyadan ayrılması uğrunda başlamış hərəkatın uğur qazanmasına ümid bağlayanların arzularının üzərindən xətt çəkdi. Bu cür düşünənlər ümid edirlər ki, Şotlandiya müstəqillik qazanarsa, bu, Dağlıq Qarabağın müstəqilliyi üçün presedent ola bilər. “Müstəqilliyi o halda verərlər ki, Azərbaycan Qarabağın müstəqilliyini tanısın, onda Böyük Britaniya da Bakının ardınca Qarabağı müstəqil dövlət sayacaq”,- deyə İskandaryan vurğulayıb. 
Politoloq Şotlandiyanın müstəqillik uğrunda yüz illər boyu mübarizə apardığını, ancaq buna nail olmadığını bildirib: “Şotlandiya 600-700 il olmasa da, ən azı 300 il müstəqillik uğrunda mübarizə aparır. Bu yolda müharibələr, üsyanlar, kütləvi deportasiyalar və qətllər ilə üzləşib”.
Erməni politoloqları arasında Xankəndidə qurulmuş işğal reciminin nə vaxtsa müstəqillik qazanacağına inanmayanların sayı getdikcə artır. Dünən politoloq İqor Muradyan da keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağın heç zaman müstəqil ola bilməyəcəyini bildirmişdi. 

Mənbə: ANS PRESS

3 fevral 2015
GO BACK