Qadin.NET / Ronaldonun qiyməti açıqlandı

Ronaldonun qiyməti açıqlandı

Ronaldonun qiyməti açıqlandı
Kriştiano Ronaldonun transfer qiyməti açıqlanıb.ANS PRESS-in məlumatına görə, portuqaliyalı futbolçunun meneceri Jorge Mendes Ronaldonu transfer etmək istəyən klubun ən azı 450 milyon dollar pul ödəməli olacağını söyləyib. Məşhur ulduzların menecerliyini edən Mendes Ronaldonun "Mançester Yunayted"ə isə heç bir zaman dönməyəcəyini açıqlayıb. Mendes portuqaliyalı ulduzun "Real Madrid"dən ayrılmayacağını söyləyib. 
Ötən ay karyerasında üçüncü dəfə "Qızıl Top" mükafatını qazandığını xatırladan Mendes Ronaldonu dünyanın ən yaxşı futbolçusu olaraq xarakterizə edib:
"O, ən yaxşı idmançıdır. Heç kimi onunla müqayisə etmək mümkün deyil. Çünki onun kimisini tapa bilməzsiniz", - deyə futbolçunun meneceri bildirib. 

Mənbə: ANS PRESS

3 fevral 2015
GO BACK