Qadin.NET / Ət niyə ucuzlaşır?

Ət niyə ucuzlaşır?

Ət niyə ucuzlaşır?
"Mal ətinin qiymətinin ucuzlaşması səbəblərindən biri də ehsan qadağasıdır".
ANS PRESS-in məlumatına görə, bu barədə iqtisadçı alim Qubad İbadoğlu qeyd edib. Mütəxəssisin fikrincə, Azərbaycanın kənd regionlarında mal ətinin qiymətinin ucuzlaşmasını şərtləndirən müxtəlif səbəblər vardır: 
"Onlardan biri idxalın artımıdır. Rəsmi statistikaya görə, 2014-cü ildə əvvəlki illə müqayisədə Azərbaycana idxal olunan ət 28,2 faiz artıb. Belə ki, əgər 2013-cü ildə ölkəyə 15 milyon 181 min dolları məbləğində ət idxal olunmuşdursa, 2014-cü ildə bu göstərici 19 milyon 460 min dollar olub. Qiymətin ucuzlaşmasına təsir göstərən başqa bir amil xüsusilə də kənd rayonlarda ehsan qadağasıdır. Bu səbəbdən əsasən də mal ətinə olan tələbat aşağı düşüb. Ətin qiymətinin ucuzlaşmasında rol oynayan digər amil ailənin büdcəsinin gəlirlərinin azalması ilə əlaqədar olaraq ölkədə alıcılıq qabliyyətinin aşağı düşməsidir". 
İqtisadçı hesab edir ki, ötən il quraqlıq olmasına görə yaranmış yem qıtlığı hazırda onun maksimu səviyyədə bahalaşmasına və bu da iri buynuzlu mal-qaranın saxlanması xərclərinin artmasına gətirib çıxarıb. Q.İbadoğlu bildirir ki, xərcləri ödəmək üçün mal-qarasının bir hissəsini satışa çıxaranların sayının getdikcə artması bazarda ətin təklifinin artmasına gətirib çıxarıb:
"Bazarların qarşılıqlı əlaqəsinə görə, mal əti bazarında baş verən ucuzlaşma davamlı xarakter alarsa onda yaxın vaxtlarda qoyun əti, quş əti və balıq, eləcə də mal ətindən hazırlanan kolbasa, sosiska, konservlərin və sair məhsulların, həmçinin kafe və restoranlarda steak, basdırma və mal ətindən hazırlanan digər yeməklərin də qiymətində dəyişikliyə gətirib çıxarmaldır", - deyə iqtisadçı alim söyləyib.

Mənbə: ANS PRESS

3 fevral 2015
GO BACK