Qadin.NET / Buzadırmanma üzrə Azərbaycan çempionları müəyyənləşib

Buzadırmanma üzrə Azərbaycan çempionları müəyyənləşib

 

 

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə respublikamızın müxtəlif bölgələrindən olan 10 klubun 100-ə yaxın idmançıları medallar uğrunda mübarizə aparıb. Regional TV (Region TV) xəbər verir ki, fevralın 1-dən start götürən buzadırmanma yarışınının sürət mərhələsində oğlanlar arasında Qalib Şıxrəhimov birinci, Ramel Rəhimxanov ikinci, Alim Atluxanov isə üçüncü yeri tutub. Eyni mərhələdə qızlar arasında Gülnar PirəliyevaLeyla Əhmədova və Fidan Novruzova müvafiq olaraq ilk üçlükdə qərarlaşıb. 
Çempionatın çətinlik mərhələsində isə oğlanlar arsında Ramel Rəhimxanov qalib adını qazınıb. İftixar Hidayətov ikinci, Alim Atluxanov isə üçüncü olub. Bu mərhələdə qızlar arasında Gülnar Piriyeva çempion adını qazanıb. Onun ardınca Leyla Əhmədova, və Süsən Əliyeva qərarlaşıblar. Komanda hesabında isə “Zirvə” birinci, AMEAST ikinci, “Salavat” isə üçüncülüyü qazanıb. Yarışda qalib gələn idmançılar diplom və medallarla, komanda isə kubokla mükafatlandırılıb.

Mənbə: Milli.Az

3 fevral 2015
GO BACK