İranın Milli Qaz Şirkəti Azərbaycana maraqlı bir təklif edib.ANS TV-nin məlumatına görə, şirkətin beynəlxalq əlaqələr üzrə direktoru Əzizullah Ramazani İRNA agentliyinə bildirib ki, Azərbaycan və Türkmənistan qazı İrana ötürə, İran isə Türkiyə vasitəsilə Avropaya nəql edə bilər.
İran rəsmisi isə bildirib ki, Rəsmi Bakı və Aşqabadın mavi yanacağı Xəzərin dibi ilə Avropaya ötürmək planları iqtisadi baxımdan sərfəli deyil. Bununla Əzizullah Ramazani Transxəzər layihəsini nəzərdə tutub. Transxəzərin reallaşmasına əsas əngəllərdən biri məhz elə İranın mövqeyi idi.
Bir məqam da maraqlıdır ki, İran rəsmisi bu açıqlamanı Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin görüşündən az sonra edib. Həmin görüşdə Türkmənistanın da TANAP-a qoşulması təklif olunmuşdu.
Mənbə: ANS PRESS