Qadin.NET / Tibb işçiləri icbari sığorta ediləcək

Tibb işçiləri icbari sığorta ediləcək

 

Tibb işçiləri icbari sığorta ediləcək

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanun layihəsinə dəyişiklik edilib. Mövcud qanunun 56-cı maddəsinə dəyişiklik edilib.Dəyişikliyə əsasən, tibb və əczaçılıq işçiləri əmək funksiyalarının icrası zamanı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna uyğun olaraq icbari qaydada sığorta edilirlər.
Mövcud variantda isə həyat və sağlamlıq üçün təhlükəli şəraitdə dövlət səhiyyə sistemində fəaliyyət göstərən mütəxəssislər qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət vəsaiti hesabına məcburi sığorta olunurlar.
Xatırladaq ki, dövlət səhiyyə müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş tibb və əczaçılıq işçilərinin ailələrinə miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən birdəfəlik müavinət verilir.
Layihəyə təklif edilən dəyişiklik səsvermədən sonra qəbul edilib.

 

Mənbə: ANS PRESS

3 fevral 2015
GO BACK