İran İslam Respublikası Müdafiə Nazirliyi “Fəcr” adlı peyki “Səfiri Fəcr” adlı kosmik aparatla kosmosa göndərib.ANS PRESS-in məlumatına görə, iranlı rəsmilər peykin uğurlu şəkildə yerin orbitinə yerləşdiyini bildiriblər. Yerdən 450 km yüksəklikdə olan peykin yer kürəsinin səthindən təmiz şəkillər çəkə bildiyi qeyd edilib.
Ölkə prezidenti Həsən Ruhani bunun İran tərəfindən kosmosa göndərilən 4-cü peyk olduğunu bildirib. Ruhani həmçinin İranın İslam ölkələri arasında kosmosa peyk yollayan ilk ölkə olduğunu vurğulayıb.
Mənbə: ANS PRESS