Fevralın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzerTAc-a verilən məlumata görə, cənub-qərb küləyi əsəcək, arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-8° isti, gündüz 13-15° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturun gecə 0-5° şaxta, bəzi yerlərdə 4° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 0-4° isti, gündüz 10-15° isti olacağı olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındahava, əsasən, yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun gecə 0-4° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Temperaturun gecə 1-6° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, dağlıq ərazilərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturun gecə 6-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 1-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.