APA-nın xəbərinə görə, bu barədə “Associated Press” ABŞ prezidenti administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.Öz növbəsində, Almaniya kansleri Angela Merkel Macarıstana səfəri zamanı ölkəsinin Ukraynaya silah göndərməyəcəyini bəyan edib. O qeyd edib ki, Ukraynanın şərqindəki münaqişə yalnız diplomatik yollarla həll olunmalıdır.
Mənbə: Milli.Az