Qadin.NET / 2014-də dünya qovruldu

2014-də dünya qovruldu

 

2014-də dünya qovruldu

2014-cü il bütün meteomüşahidələr tarixində ən isti il olub. ANS PRESS-in məlumatına görə, bu barədə Dünya Meteorologiya Təşkilatının iqlim dəyişmələri üzrə agentliyinin bəyanatında qeyd edilib. Agentliyin məlumatına görə, 2014-cü ildə quru ərazidə havanın qlobal orta temperaturu 1961-1990-cı illər dövrünün orta göstəricisindən (14°C) 0,57 dərəcə qədər yüksək olub. Məruzədə qeyd olunur ki, 2014-cü ildə Şimali Amerikanın qərbində, Avropada, Avrasiyanın şərqində, habelə Avstraliyanın cənub və qərb regionlarında havalar xüsusilə isti keçib. Amma Birləşmiş Ştatların, Kanadanın bir çox bölgələrində, Rusiyanın ayrı-ayrı mərkəzi regionlarında hava orta hesabla daha sərin olub.DMT-nin baş katibi Mişel Jarro qlobal istiləşmədən danışıb: “2014-cü il üçün ilkin məlumatlar göstərir ki, meteomüşahidələrin bütün tarixi ərzində ən isti 15 ilin 14-ü XXI əsrdə qeyd alınıb”. O bildirib ki, planetdə qlobal istiləşmə davam edir. 2014-cü ildə rekord istilik güclü leysan və daşqınlar ilə birlikdə nəhəng dağıntılara və insan tələfatına gətirib çıxarıb.Mişel Jarronun fikrincə, bu il ən yüksək temperaturların geniş okean ərazilərində, o cümlədən Şimal yarımkürəsində müşahidə olunması narahatlıq doğuran qeyri-adi haldır: "Baş katib diqqəti parnik qazı tullantılarının və atmosferdə onların konsentrasiyası səviyyəsinin rekord həddə çatmasına cəlb edib".Qeyd edək ki, daha əvvəl də ən isti il haqqında ABŞ Milli Okean və Atmosfer Administrasiyası da məlumat yaymışdı.

 

Mənbə: ANS PRESS

2 fevral 2015
GO BACK