Qadin.NET / Sabah yaz havası olacaq

Sabah yaz havası olacaq

 

Sabah yaz havası olacaq

Sabah ölkə ərazisində hava şəraitinin mülayim keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 3-də bəzi yerlərdə hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək.Abşeron yarımadasında havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında da çərşənbə günü hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Cənub-qərb küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu aran rayonlarında gecə 1-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 10-15 dərəcə isti olacaq.

 

Mənbə: ANS PRESS

2 fevral 2015
GO BACK