Qadin.NET / Moskvadan yeni Qarabağ hücumu

Moskvadan yeni Qarabağ hücumu

 

Moskvadan yeni Qarabağ hücumu

Rusiyalı rejissor Nikita Mixalkovun yeni çəkəcəyi serialda Qarabağ haqqında ermənilərin gizlətmək istədiyi həqiqətlər ortaya çıxarılacaq. ANS PRESS-in məlumatına görə, serialda rus ədibi, İranda səfir olmuş Aleksandr Qribayedovun 19-cu əsrin əvvəllərində 40 min erməniyə Qarabağda sığınacaq verməsi təsvir ediləcək. Filmin ssenarisi hələ 1985-ci ildə yazılıb. Ssenari müəllifləri Aleksandr Adabaşyan, Yura Loşis, İrakli Kvirikadze və Nikita Mixalkovdur. 
"Biz Qarabağa görə o vaxt filmi çəkə bilmədik. Orada bu müharibə başladı, biz bunu edə bilmədik", - deyən Mixalkov əlavə edib: "Qriboyedov Qarabağda erməni ailələrə sığınacaq verdi: İrandan 40 min erməni gətirdi".
Mixalkovun sözlərini Dağlıq Qarabağın Ağdərə rayonunun Marağa kəndində ermənilərin İrandan köçürülməsinin 150 illiyi ilə bağlı qoyulmuş abidə də təsdiq edir. Hər iki fakt ermənilərin Qarabağda yerli olmaları barədə bütün iddiaların üstündən xətt çəkir. 1828-ci ildən keçən müddət ərzində Azərbaycan əhalisinin sayı orta hesabla 20 dəfə artıb, o vaxt 450 min ətrafında dəyişirdi, hazırda 9,5 milyondur. Bu isə o deməkdir ki, Cənubi Qafqazda təxminən 800 min erməni mənşəcə Qarabağa köçürülmüş İran ermənisidir. 

 

Mənbə: ANS PRESS

2 fevral 2015
GO BACK