Qadin.NET / Fırtına 40 metrlik 2 minarəni aşırdı

Fırtına 40 metrlik 2 minarəni aşırdı

 

Fırtına 40 metrlik 2 minarəni aşırdı

Türkiyədə şiddətli fırtına səbəbindən bir məscidin hər biri 40 metr olan 2 minarəsi aşıb. ANS PRESS-in məlumatına görə, hadisə Afyonkarahisar şəhəri Sinanpaşa rayonunun Kılıçaslan bölgəsində baş verib. Əsr namazını qılmaq üçün məscidə toplaşan möminlər şiddətli külək səbəbindən minarədən səs gəldiyi üçün məbədi tərk ediblər. Onlar bu barədə yaxınlıqda olan evləri xəbərdar edib və bələdiyyə ilə jandarmaya da bu barədə məlumat veriblər. Bu vaxt məscidin minarəsi şiddətli fırtınaya tab gətirə bilməyərək sol tərəfə aşıb. Bir müddət sonra isə digər minarə sağ tərəfə aşıb. 
Təbii fəlakət nəticəsində ölən və yaralanan olmayıb. Möminlərin əvvəldən tədbirli hərəkət etməsi baş verə biləcək faciənin qarşısını alıb. 
Yaxınlıqda olan bir nəfər isə minarələrdən birinin aşması anını mobil telefonla çəkib. 

 

Mənbə: ANS PRESS

2 fevral 2015
GO BACK