Qadin.NET / Susmayan Bülbül

Susmayan Bülbül

 

Susmayan Bülbül

Görkəmli müğənni-bəstəkar, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 70 illik yubileyidir. Sevilən musiqiçi, peşəkar diplomat 4 fevralda ad gününü qeyd edəcək. Bu münasibətlə dostları, siyasətçilər, yaradıcı insanlar və dinləyiciləri onu təbrik edirlər.ANS PRESS Polad Bülbüloğluna ünvanlanan təbrikləri təqdim edir:
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev:
"Səni yüz yaşa, heç qocalma". Vladimir Mayakovskinin bu sətirləri bu günlərdə 70 yaşını qeyd edən Polad Bülbüloğlu kimi yaxşı insanlara ünvanlanıb. Şairin sözlərinə mən yüngülvari əlavə edərdim - bəstəkarımızın və diplomatımızın ömrünü ən azı 25 il uzadardım, axı Azərbaycanda uzun ömürlülər həmişə çox olub. Bundan əlavə, Polad müəllimə arzu edirəm ki, o, bu, hörmətli yaşında öz istedadını, yumor hissini, iş qabiliyyətini və Vətənə böyük sevgisini itirməsin.
"Qarbağın şən oğlu, məni hər yerdə belə çağırırlar". Dahi Rəşid Behbudovun mahnısındakı bu sətirlər Polad Bülbüloğluya da aiddir. Axı əslən Şuşadan olan bu gənc oğlan öz sənəti ilə yalnız bütün Sovet İttifaqında deyil, həm də dünyanın başqa ölkələrində istedadının pərəstişkarlarını ayaq üstə alqış deməyə sövq edirdi.
Bir çox nəsillər bu bəstəkarın mahnılara, kinofilmlərə, baletlərə yazdığı musiqilərin sədası altında böyüyüb. Azərbaycan dövləti ona mədəniyyət naziri vəzifəsini etibar edib və o, özündən sonra çox yaxşı izlər qoyub. Bizim hörmətli Polad Bülbüloğlu bu gün Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiridir, onu çox sevir və hörmət edirlər. Düşünürəm ki, bu, Polad müəllimin son karyera yüksəlişi deyil. Ola bilər ki, bir neçə ildən sonra o, Birləşmiş Millətlər Təşkilatının baş katibi seçiləcək. Özü də, bu önəmli vəzifədə hələ ki, azərbaycanlı olmayıb.
Ad gününüz mübarək, əziz Polad müəlim! Sizə can sağlığı və xoşbəxtlik arzulayırıq! Arzu edirəm ki, Sizin 71 yaşınızı mütləq Şuşada qeyd edək. Qoy Tanrı həmişə sizi və doğmalarınızı qorusun! Ömrünüz uzun olsun! 

 

Mənbə: ANS PRESS

2 fevral 2015
GO BACK