Qadin.NET / Bu məscid sadəcə qadınlar üçündür

Bu məscid sadəcə qadınlar üçündür

 

Bu məscid sadəcə qadınlar üçündür

Amerika Kaliforniya ştatının Los Anceles şəhərində müstəsna olaraq qadınlar üçün nəzərdə tutulmuş məscid açılıb. Bir qadın imamı olan, Los Ancelesin mərkəzində yerləşən məscidə cümə namazı vaxtı 150-yə yaxın müsəlman qadın gedib. Məscidi 2 kaliforniyalı qadın köhnə sinaqoq binasında açıb. Cümə namazında qadının xütbə ilə çıxış etməsi Amerika İslam alimləri tərəfindən birmənalı qarşılanmayıb.Belə ki, yerli İslam alimi Fürhan Zübeyrinin dediyinə görə İslam tarixi və şəriətində belə bir presedentə rast gəlinməyib. Gələcəkdə məsciddə qadınlar üçün müqəddəs Quran dərslərinin keçirilməsi də planlaşdırılır.

 

Mənbə: ANS PRESS

2 fevral 2015
GO BACK