Qadin.NET / iWatch-ın satılacağı vaxt açıqlandı

iWatch-ın satılacağı vaxt açıqlandı

 

Cari ilin aprelində Apple şirkətinin yeni iWatch ağıllı saatlarının tədarükünə başlanılacaq. Bu haqda korporasiyanın direktoru Tim Kuk bildirib.Milli.Az İCT nevs-a istinadən bildirir ki, qurğu 2014-cü ilin sentyabrında təqdim edilib. Ağıllı saatların ən aşağı satış qiyməti 349 dollar təşkil edəcək. iWatch smart saatlarının iki modeli (yığcam və daha böyük) əlçatan olacaq. Sözügedən smart saatlar üç stildə təqdim olunacaq: standart, idman və qızılı.ICTnews elektron xəbər xidməti itar-tass.com saytına istinadən bildirir ki, iWatch ağıllı saatları Appleın başqa qurğuları ilə sinxronlaşacaq. Ağıllı saat sahibləri qurğunu simsiz enerji ilə doldura biləcək, cihaz, həmçinin sahibinin hərəkət sürətini ölçmək üçün ötürücü və jiroskopla təchiz edilib. Ekranın sapfir örtüyü onu cızıqlardan qoruyur.iWatch ağıllı saatları HomeKit platformasının köməyi ilə məişət kompüter qurğuları ilə qarşılıqlı əlaqədə ola bilər.Apple noutbuk və Mac masaüstü kompüterlərini, iPhone və iPad qurğularını istehsal edən ABŞ şirkətidir.

Mənbə: Milli.Az
2 fevral 2015
GO BACK